Almaniyada 2024-cü ilin ən yaxşıbaş məşqçisi və  futbolçusunun adı açıqlanıb.

Rekord.az xəbər verir ki, "Kicker" jurnalındakı səsvermədə "Bayer"in çalışdırıcısı Xabi Alonso ilin məşqçisi seçilib.

"Bayer" Alonsonun rəhbərliyi altında ötən mövsüm məğlubiyyətsiz Almaniya çempionu olub.

Toni Kroos isə ən yaxşı futbolçu nominasiyasında hamını qabaqlayıb. O, 60 faiz səs toplayıb. Kroos "Real"da keçirdiyi 10 mövsümdən sonra, 34 yaşında futbolçu karyerasını yekunlaşdırıb.