Almaniyanın 2-ci Bundesliqasında çıxış edən "Hannover" klubunun futbolçusu Timo Hübers koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, analizləri müsbət nəticə verən 24 yaşlı müdafiəçi karantinə alınıb. Virusun Hübersə yaxın dostundan keçdiyi vurğulanıb.

Mümkün təhlükənin qarşısını almaq məqsədilə "Hannover" komandasının bütün üzvlərinin koronavirus testindən keçiriləcəyi bildirilib.

Qeyd edək ki, "Hannover"in yetirməsi olan Hübers bu mövsüm 2-ci Bundesliqada meydana çıxdığı 3 oyunda 1 qol vurub.