Almaniyalı məşqçi Azərbaycandan təklif alıb
- 08 Noy 2023 17:00
- 376
Almaniyalı məşqçi Rayner Kraft Azərbaycandan təklif alıb.
Rekord.az yerli mətbuata istinadən xəbər verir ki, bunu 61 yaşlı mütəxəssis özü açıqlayıb.
O bildirib ki, Azərbaycanla yanaşı, İran, Meksika, Qana və Çində çalışmaq variantı olsa da, heç birini müsbət cavablandırmayıb.
Almaniyalı mütəxəssis adıçəkilən ölkələrdə həm baş məşqçi, həm də köməkçi-məşqçi kimi işləmək təklifini qəbul etmədiyini söyləyib.
Kraft son olaraq Lüksemburqun “Berdenia Berburq” komandasına rəhbərlik edib.