“Zirə” Almeydaya yeni müqavilə təklif edib.

Lakin Rekord.az-a daxil olan məlumata görə, braziliyalı futbolçu klubun təklifinə cavab verməyə tələsmir.

O, ən azı iyuna qədər vaxt istəyib. Həm fikirləşmək, həm də ailəsi ilə məsləhətlıəşmək üçün. Təbii ki, “Zirə”nin avrokuboklardan kənar qalmaq təhlükəsi də Almeydanın qərarına təsir edə bilər.