Alonso 0:5 biabırçılığını xatırladı: "20-ci dəqiqə idi və meydanı tərk etmək istəyirdim”
- 03 May 2021 14:47
- 572
İspaniya milli komandasının və “Real”ın sabiq futbolçusu Xabi Alonso açıqlama verib.
Rekord.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi karyerasının ən pis oyunundan danışıb:
“Kamp Nou”da “Barselona”ya 0:5 hesabıyla uduzduğumuz oyun. Futbol meydanlarında keçirdiyim ən pis dəqiqələr idi.
Yadımdadır, 20-ci dəqiqə idi və meydanı tərk etmək istəyirdim. Evə gedib, duş almaq və yatmaq istəyirdim.
Çox çətin idi. Ancaq oyundan sonra özümüzü toparlaya bildik. O oyun bizi öldürsə də, daha güclü olacağımızı bilirdik”.
“Real” 2010/11 mövsümündə “El klasiko”da “Barselona”ya 0:5 hesabıyla uduzub.
Hazırda İspaniyada “Real Sosyedad”ın B komandasını çalışdıran Xabi 2009-2014-cü illər aralığında “Real”da çıxış edib.