"Qarabağ" "Fənərbağça"nın futbolçusu Alper Potukla danışıqlar aparır. Baş məşçqi Qurban Qurbanov da bunu etiraf edib. İstanbul klubunda oynamaq şansı qazanmayan Рotuk da Azərbaycana gəlməyin əleyhinə deyil. 

 

Bu arada məsələ ilə baglı Rekord.az-a maraqlı məlumat daxil olub.

 

Mənbənin sözlərinə görə, danışıqlarda "Qarabağ"ın kapitanı Rəşad Sadıqov da yaxından iştirak edir. Bu isə təsadüfi deyil. Belə ki, Rəşad bir vaxtlar Рotukla birlikdə "Əskişəhərspor"da oynayıb. Daha dogrusu, Rəşad orada oynadığı dönəmdə Potuk gənc idi və əsas komandaya yeni yeni cəlb olunurdu. Rəşad o vaxtdan bu futbolçunu bəyənib və bunu Əskişəhər klubunun məşqçilər heyətinə də demişdi. Bu mənada sabiq komanda yoldaşının "Qarabağ"a gəlmək variantının mümkünlüyünü görüncə dərhal bundan yararlanmaga qərar verib.