AMADA daha bir idmançını cəzalandırdı
- 29 Apr 2021 18:16
- 20504
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) daha bir idmançını cəzalandırıb.
Rekord.az xəbər verir ki, qadın velosipedçi Elfanə Camalova 2 il müddətinə diskvalifikasiya olunub.
Bu barədə qurumun mətbuat xidməti məlumat məlum yayıb. O, nümunə toplanması prosedurasından yayınma, imtina yaxud nümunəni təqdim etməmə hallarına yol verdiyi üçün belə cəzaya layiq görülüb..
Camalovanın cəza müddəti idmana qayıtdığı tarixdən hesablanacaq.