AMADA daha üç idmançını diskvalifikasiya etdi
- 11 Yan 2021 20:30
- 1007
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) daha üç idmançını cəzalandırıb.
Rekord.az xəbər verir ki, bunlar ağırlıqqaldıran Firuzə İbrahimova, karateçi Xudayar Kərimov və boksçu Gülhüseyn Ağazadədir.
Qurumdan verilən məlumata görə, bütün idmançılardan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub.
Orqanizmində S1.1B Endogen AAS / 5aAdiol (ekzogen mənşəli) və S1.1B Endogen AAS / 5bAdiol (ekzogen mənşəli) aşkarlanan Firuzə İbrahimova iki illik cəza alıb. Ağırlıqqaldıranın cəzası 2019-cu il sentyabrın 23-dən hesablanacaq.
Karateçi Xudayar Kərimovda isə S9. Glükokortikoidlər/ betamethasone aşkarlanıb. Ona da iki illik cəza kəsilib. Kərimovun cəzası 2020-ci il noyabrın 26-dan qüvvədədir.
4 illik cəza ilə üzləşən Gülhüseyn Ağazadənin orqanizimində S1.1B Endogen AAS və onların metabolit və izomerləri/ 19-norandrosteron tapılıb. Ağazadənin cəzası 2024-cü il yanvarın 14-də başa çatacaq.