AMADA İdmançılar Məsləhətçi Komissiyasının heyətini açıqladı
- 18 Mar 2020 21:30
- 888
Dopinqlə mübarizə sahəsinin və təmiz idmanın təşviqində idmançıların iştirakı çox mühüm rol oynayır.
Rekord.az xəbər verir ki, bu amili fəaliyyətinin əsas prioritetlərindən biri kimi qiymətləndirən Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idmançılarımızla əməkdaşlığı tam yeni müstəviyə çıxararaq İdmançılar Məsləhətçi Komissiyasını təsis etmişdir. Bu barədə AMADA-nın rəsmi saytı məlumat yayıb.
Ölkə idmanının müxtəlif sahələrindən idmançıları özündə cəmləşdirən komissiyanın əsas məqsədi AMADA-nın fəaliyyətində idmançıları təmsil etmək, onların hüquqlarının müdafiəsinə və təmiz idmanın təşviqinə aid məsələlər üzrə məsləhətlər verməkdir.
Tərkibi təsdiqlənən komissiya on iki idmançıdan ibarətdir. Qeyd olunan idmançıların onu respublika idman federasiyaları tərəfindən irəli sürülən namizədlər, ikisi isə, açıq elan əsasında üzv olmaq istəyən idmançılar arasından seçilənlərdir.
Seçim zamanı ədaləti və təmsilçilikdə fərqliliyi təmin etmək məqsədilə, gender bərabərliyinin və müxtəlif yaş qruplarını təmsil edən idmançılar arasında tarazlığın qorunması prinsipilərinə əməl olunub. İdmanın müxtəlif sahələrinin nümayəndələrinin təmsil olunduğu İdmançılar Məsləhətçi Komissiyasının tərkibini aşağıdakı idmançılar təşkil edir:
Açıq elan əsasında üzv seçilən idmançılar
İlham Zəkiyev – Para-Cüdo
Hacı Əliyev – Güləş
Respublika idman federasiyaları tərəfindən seçilən idmançılar
Rəsul Çunayev – Güləş
Fəridə Əliyeva – Karate
Fuad Qurbanov – Atıcılıq
Aynur Məmmədova – Para-Taekvando
Nazim Babayev – Atletika
Ayan Xankişiyeva – Velosiped
Siyana Vasileva – Gimnastika
Kamran Şahsuvarlı – Boks
Rüstəm Orucov – Cüdo
Ruslan Abışov – Futbol
Komissiya tərkibində bütün idman sahələrinin ədalətli və bərabərhüquqlu təmsilçiliyini təmin etmək məqsədilə mütəmadi rotasiyalar aparılacaq.