2020-ci ildə keçiriləcək Amerika kubokunun qrup mərhələsinin püşkü atılıb.

Rekord.az xəbər verir ki, 2020-ci ilin 12 iyununda start götürəcək turnirin açılış matçında Argentina ilə Çili yığmaları qarşılaşacaq. Amerika kuboku-2020-yə ev sahibliyini Argentina və Kolumbiya edir.

Püşkatmada 5 və 6 komandalı iki qrup müəyyənləşdirilib. Qruplarında ilk 4 yeri tutan komandalar 1/4 finala yüksələcək.

Amerika kuboku-2020
Qrup mərhələsi

A qrupu: Argentina, Avstraliya, Boliviya, Uruqvay, Çili, Paraqvay

B qrupu: Kolumbiya, Braziliya, Qətər, Venesuela, Ekvador, Peru