Amerika Kubokunun püşkü atılıb.

Rekord.az xəbər verir ki, ABŞ-ın Mayami şəhərində baş tutan tədbirdə qrupların tərkibləri müəyyənləşib.

Püşkün nəticəsinə əsasən, son çempion Argentina A, digər iddialı komanda Braziliya isə D qrupunda mübarizə aparacaq.

16 iştirakçıdan yalnız ikisi bəlli deyil. Buna isə 2024-cü ilin martında keçiriləcək pley-off matçları ilə aydınlıq gələcək.

A qrupu: Argentina, Peru, Çili, Kanada/Trinidad Tobaqo
B qrupu: Meksika, Ekvador, Venesuela, Yamayka
C qrupu: ABŞ, Uruqvay, Panama, Boliviya
D qrupu: Braziliya, Kolumbiya, Paraqvay, Kosta-Rika/Honduras

Qeyd edək ki, Amerika Kuboku 2024-cü il iyunun 20-dən iyulun 14-dək ABŞ-da təşkil olunacaq.