Amerikalı oyunçu "Gəncə"də
- 07 Yan 2025 09:42
- 81
Qadın voleybolçulardan ibarət "Gəncə" klubu növbəti transferi reallaşdırıb. "Rekord.az" xəbər verir ki, Gəncə şəhərinin təmsilçisi amerikalı voleybolçu Aayinde Smit ilə razılığa gəlib.
182 sm boya malik blokçu ən azı bu mövsümün sonunadək "Gəncə"nin şərəfini qoruyacaq. Aayinde Smit karyerasında ilk dəfə olaraq professional oyunçu kimi ölkəsindən xaricdə çıxış edəcək. Bundan əvvəl isə o, "Towson University" və "Ball State University" klublarında forma geyinib.
Qeyd edək ki, "Gəncə" mövsümün ikinci yarısı öncəsi Tayland millisinin üzvü Tiçakorn Bunlert ilə yollarını ayırıb. 24 yaşlı libero ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.