"Kəpəz"dən ayrılandan sonra hələ də işsiz qalan Amil Yunanov karyerasını I Liqada davam etdirə bilər.

Rekord.az-a daxil olan məlumata görə, Premyer Liqa klublarından təklif almayan Yunanovun xidmətində "Qəbələ" maraqlıdır.

Bölgə təmsilçisi yetirməsi olan futbolçunu heyətində görmək istəyir. I Liqanın digər iddialı klublarından da Amilin xidmətində maraqlı olanlar var. Yekun qərarı yaxın günlərdə futbolçu özü verəcək.