Millimizin daha bir üzvü mövsüm başa çatandan sonra klubsuz qalıb. Söhbət “Səbail”in futbolçusu Amil Yunanovdan gedir. Hücumçunun “dənizçilər”lə müqaviləsinin müddəti başa çatıb. Hazırda Tovuzda istirahət edən 28 yaşlı forvard paytaxt təmsilçisindən xəbər gözləyir.

Rekord.az xəbər verir ki, Yunanov karyerasını ölkə xaricində davam etdirə bilər.

Onunla Türkiyə klubu yaxından maraqlanır. Uzun illərdən sonra PTT 1-ci liqasına vəsiqə qazanan “Kocaelispor” futbolçunu transfer edə bilər. Amil menecerlər vasitəsilə İzmit təmsilçisinə təklif olunub. Danışıqlar müsbət nəticələnsə, forvard növbəti mövsümü Türkiyə klubunda keçirəcək. Nəzərinizə çatdıraq ki, Yunanov ötən mövsüm “Səbail”in heyətində 20 qarşılaşmada meydanda çıxıb. O, bu görüşlərdə 7 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb. ("Futbol plus")