“Səbail”dən ayrılandan sonra klubsuz qalan Amil Yunanovun yeni komandası bəlli olub.

Rekord.az xəbər verir ki, millimizin forvardı “Keşlə” ilə anlaşıb.

“Qırmızı-ağlar” 28 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalayıb. Amil Yunanovun paytaxt təmsilçisindəki məvacibi də bəlli olub.

Hücumçu “Keşlə”nin heyətində aylıq 4 min gəlir əldə edəcək.

Qeyd edək ki, Amil Yunanov ötən mövsüm “Səbail”in heyətində 20 qarşılaşmada 8 qol vurub, 1 məhsuldar ötürmə edib. ("Futbol plus")