Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan kuboku davam edir.

Rekord.az xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayır.

Kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olan atletlər çıxıblar. Toplam 207 kq (95+112) nəticə göstərən Amin Osmanov qızıl, toplam 198 kq (88+110) nəticə göstərən Dəniz Cabbarlı gümüş, toplam 165 kq (75+90) nəticə göstərən Orxan İmanov isə bürünc medal qazanıb.