Amit Quluzadənin "Füzuli"dən istefa vermə səbəbi məlum olub.

Rekord.az-a daxil olan məlumata görə, buna səbəb II Liqanın həvəskar səviyyəli turnir olmasıdır.

Belə ki, "Füzuli" futbolçularının böyük əksəriyyəti başqa işlərdə çalışır, pul müqabilində həvəskar minifutbol liqalarında oynayırlar. Bu isə baş məşqçiyə normal məşqçilik etməyə, normal hazırlıq keçməyə imkan vermir. Məşqçi kimi inkişaf etməyi qarşısına hədəf qoyan Quluzadə bu şərtlər altında bunun çətin olduğunu görərək ayrılmağa qərar verib.