Moldovanın “Milsami” klubundan ayrılan Amit Quluzadə işsiz qalıb.

Rekord.az xəbər verir ki, yerli klubların maraq dairəsində olmayan Quluzadə hazırda ölkə cxaricində klub axtarır.

Onun xidmətində Latviyanın elita klublarından biri maraqlıdır. Daha doğrusu, meneceroi futbolçu üçün belə bir klub tapıb. Lakin sənədlərlə bağlı problem yarandığından Amitin Latviyaya gedişi baş tutmur. Futbolçu hazırda sənədlərini qaydaya salmağa çalışır.