Futbol üzrə Moldova çempionatında 14-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycanın yığmasının sabiq üzvü Amit Quluzadənin formasını geyindiyi “Milsami” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Şerif”lə qarşılaşıb. Quluzadənin komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Millimizin sabiq üzvü bu görüşün iştirakçısı olmayıb. Amit sonadək ehtiyatda qalıb.

14 turdan sonra 27 xalı olan “Milsami” 10 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.