Son zamanlar daha çox ölkə xaricində çıxış etməklə yadda qalan Amit Quluzadə yenidən xaricə yollana bilər.

Rekord.az xəbər verir ki, hazırda Bakıda olan Quluzadəyə yerli klublardan təklif yoxdur.

Əvəzində meneceri ölkə xaricində bir neçə klubla danışıq aparır. Düzdür, klublar Avropanın ortabab ölkələrinin ortabab klublarıdır. Amma futbolçu üçün əsas olan futbolsuz qalmamaqdır.