Moldova çempionatında 3-cü turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, Azərbaycanın yığmasının sabiq üzvü Amit Quluzadənin formasını geyindiyi “Milsami” də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Speranta” ilə qarşılaşıb. Quluzadənin komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.

Millimizin sabiq üzvü də bu görüşün iştirakçısı olub. Amit start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Üç turdan sonra 5 xalı olan “Milsami” 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.