"Çelsi" “Fiorentina”nın yarımmüdafiəçisi Sofyan Amrabatdan əl çəkmək fikrində deyil.

Rekord.az xəbər verir ki, London klubu futbolçunu qışda transfer etmək istəsə də son anda "Fiorentina" ilə bəzi məsələləri həll edə bilmədilər.

Bununla belə, "Çelsi" mövsümün sonunda yenidən bu transfer üçün fəaliyyətə keçəcəyini bildirib.