Ana söyüşü söyən futbolçu üzr istədi
- 16 İyn 2021 12:43
- 540
Avstriya millisinin hücumçusu Marko Arnautoviç Avro-2020-nin qrup mərhələsinin ilk turunda Şimali Makedoniya ilə matçdan (3:1) sonra rəqib komandanın oyunçularına ünvanladığı sərt sözlərə görə üzr istəyib.
Rekord.az xəbər verir ki, o, "İnstaqram" səhifəsində bununla bağlı yazıb: “Oyundan sonra emosiyalar səbəbindən bir neçə yaxşı olmayan söz işlətmişdim. Buna görə Şimali Makedoniya və Albaniyadan olan dostlarımdan üzr istəyirəm. Bir şeyi dəqiq demək istərdim: mən irqçi deyiləm. Demək olar ki, hər ölkədə dostlarım var və müxtəlifliyi dəstəkləyirəm. Məni tanıyan hər kəs bunu bilir".
Qeyd edək ki, Serbiyada doğulan Arnautoviç matçdan sonra Şimali Makedoniya millisinin albanəsilli futbolçuları Eqzon Beytulai və Ezcan Alioskini təhqir etməkdə günahlandırılıb. Medianın yazdığına görə, futbolçu onlara "Mən sizin alban ananızı ..." sözlərini deyib.