"Sabah"ın futbolçusu Anatoli Nuriyev Rekord.az-a müsahibə verib:

 

- "Turan Tovuz"a qarşı keçirdiyiniz son oyundan başlayaq...

- Çətin oyun oldu. Eyni zamanda maraqlı. Yaxşı rəqibə qarşı oynadıq. Allaha şükürlər olsun ki, çox vacib qələbə qazandıq. Bizim üçün vacib qələbə idi.

- Oyuna sonradan daxil oldun. Stabil olaraq əsas heyətdə oynamağına nə mane olur?

- Bunu baş məşqçimiz daha yaxşı bilir, çünki qərarı o verir.

- Qarşıdan millinin oyunları gəlir. Dəvət alacağını gözləyirsən?

- Xeyr, milliyə dəvət alacağımı gözləmirəm. 

- Niyə? Klubunda daha çox ehtiyatda qaldığın üçün belə düşünürsən?

- Prinsipcə hə. Çünki klubumda oynamırsamsa, milliyə dəvət almağım da real deyil. Milliyə dəvət almaq üçün klubda daha çox oynamaq lazımdır. 

- Belə başa düşdüm ki, oynamağa hazırsan, sadəcə, şans gözləyirsən...

- Demək olar ki, bəli. Amma hiss edirəm ki, hər şey yaxşı olacaq (gülür)

 

Anar XANLAROV