Ançelotti kimdən narazı qalıb?
- 30 Sen 2021 16:00
- 519
“Real”ın baş məşqçisi Karlo Ançelotti “Şerif”lə oyundan (1:2) sonra fikirlərini bildirib.
Rekord.az xəbər verir ki, Ançelotti qarşılaşmanın 4-cü hakimindən gileylənib.
O, hakimin ona lüzumsuz yerə xəbərdarlıq etdiyini bildirib:
“Hiss etdim ki, o, mənə hörmət bəsləmir. Oyundan sonra isə ona dedim ki, ÇL-də 130 oyun keçirmişəm və ilk dəfədir ki, günahsız yerə cəzalanıram.
O isə mənə dedi ki, meydana çıxdığıma görə cəzalanmışam. Amma həmin vaxt oyun dayanmışdı. Onlar VAR-a baxırdılar.
Bu, mənə qarşı hörmətsizlikdir. Bu barədə onun özünə də, UEFA nümayəndəsinə də dedim”.