“Everton”un hücumçusu Rişarilson karyerasını İspaniyada davam etdirə bilər.

Rekord.az xəbər verir ki, Rişarilsona “Real” maraq göstərir.

Məlumata görə, Onunla “Real”ın baş məşqçisi Karlo Ançelotti əlaqə saxlayıb və Madridə dəvət edib.

Rişarilson “Everton”da Ançelottinin rəhbərliyi altında oynayıb. “Real”ın “Evertona” rəsmi təklif göndərmədiyi də bildirilir. Futbolçu hazırda Braziliya yığmasının heyətində Amerika kubokunda iştirak edir.

2018-ci ildən “Everton”da çıxış edən Rişarilson 119 oyunda 42 qol vurub.