Ançelotti qarətə məruz qaldı
- 13 Fev 2021 16:45
- 671
İngiltərənin “Everton” klubunun baş məşqçisi Karlo Ançelottinin evi qarət olunub.
Rekord.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İki soyğunçu Ançelottinin Liverpuldakı evinə girib. Hadisə zamanı italyan mütəxəssisin qızı evdə olub. O, oğruları qorxudaraq qaçıra bilib. Polisin məlumatına görə, qarətçilər Ançelottinin seyfini oğurlayıblar.
Ançelotti, 2019-cu ilin dekabrından “Everton”u çalışdırır.