"Real"ın yeni baş məşqçisi Karlo Ançelotti komandanın növbəti mövsüm üçün hazırlıq planında dəyişiklik edib.

Rekord.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Bildirilib ki, klubun sabiq çalışdırıcısı  Zinəddin Zidan futbolçuların 12 iyulda istirahətdən qayıtmasına icazə verib.

İtaliyalı mütəxəssis isə mövsüm əvvəli məşqlərin başlama tarixini 7 iyula dəyişdirib. Millilərin oyunçuları isə daha sonra komandaya qoşula biləcəklər.

Nəşr yazıb ki, Ançelotti klubda gələcəyi bəlli olmayan bir neçə futbolçunun imkanlarını qiymətləndirmək niyyətindədir.