Ançelotti və “Real” 2024-cü ilin ən yaxşıları seçildilər
- 27 Dek 2024 22:28
- 50
"Globe Soccer Awards"ın versiyasına görə 2024-cü ilin ən yaxşı baş məşqçisi və klubu müəyyənləşib.
Rekord.az xəbər verir ki, İspaniyanın "Real" klubu və baş məşqçisi Karlo Ançelotti dünyanın ən yaxşısı adına layiq görülüb.
"Kral klubu" bu il UEFA Çempionlar Liqası, La Liqa, İspaniya superkuboku və UEFA Super Kubokunun qalibi olub.
Madridlilərin baş məşqçisi "Globe Soccer Awards" mükafatında Xabi Alonso ("Bayer"), Mikel Arteta ("Arsenal"), Luis de la Fuente (İspaniya millisi), Can Pyero Qasperini ("Atalanta"), Xosep Qvardiola ("Mançester Siti") və Simone İnzaqini (“İnter”) qabaqlayıb.