İspaniya La Liqasının 290cu turunda "Osasuna" (4:2) ilə oyun "Real"ın baş məşqçisi Karlo Ançelotti üçün yubileylərlə əlamətdar olub.

Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis paytaxt təmsilçisində 200-cü qələbəsini qazanıb.

"Kral klubu" Ançelottinin rəhbərliyi altında La Liqada 129, Çempionlar Liqasında 43, İspaniya Kubokunda 18, ölkə Super Kubokunda 4, klublararası dünya çempionatında 4, UEFA Super Kubokunda 2 qalibiyyət əldə edib.

Mütləq rekord isə Migel Munyosa məxsusdur - 357 qələbə.

Bundan əlavə, İtaliyalı baş məşqçi Avropa liqalarında 900-cü matçına çıxıb.

"Real" 29 turdan sonra La Liqada 72 xalla liderdir. Komanda UEFA Çempionlar Liqasının 1/4 finalında İngiltərənin "Mançester Siti" klubu ilə üz-üzə gələcək.