"Real" baş məşqçisi Karlo Ançelottinin rəhbərliyi altında antirekorda imza atıb.


Rekord.az xəbər verir ki, Madrid təmsilçisi ilk dəfə italiyalı mütəxəssisin rəhbərliyi ilə bir mövsümdə 13 oyunda məğlub olub.


Komanda son olaraq ötən gün İspaniya Kubokunun finalında "Barselona"ya 2:3 hesabı ilə uduzaraq uğursuzluq yaşayıb.


“Real” bu mövsüm 6 dəfə Çempionlar Liqasında, 5 dəfə La Liqa və hərəsində 1 dəfə olmaqla İspaniya Kuboku və Superkubok görüşündə rəqiblərinə boyun əyib.


Daha əvvəl "Real" Ançelottinin baş məşqçisi olduğu matçlarda 1 mövsümdə 12 oyundan çox uduzmamışdı.