Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamızın lideri Anna Başta Türkiyənin İstanbul şəhərində keçirilən "Satellite" turnirində bürünc medal qazanıb.

Rekord.az xəbər verir ki, qadın sablyaçıların şəxsi yarışında qrup mərhələsini 5 qələbə ilə başa vuran Anna turnirin yarımfinal mərhələsinə kimi irəliləməyi bacarıb.

Anna pley-offda Gürcüstan təmsilçisi Yeva Ahamian (15:5), əlcəzairli Kehla Zohra Nora (15:6), rumın Sabina Martis (15:12) və Türkiyə qılıncoynadanı Erbil Nisanura (15:8) qalib gələrək yarımfinala yüksəlib.

Anna Başta finalın bir addımlığında Ukrayna sablyaçısı, turniri qalib başa vuran Olqa Xarlana 10:15 hesabı ilə uduzub.