“Arsenal”ın keçmiş hücumçusu Tyerri Anri futbol üzrə Fransanın olimpiya milli komandasının və U-21 yığmasının baş məşqçisi təyin edilib.

Rekord.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyası məlumat yayıb.

Onun təyinatı ilə bağlı qərarı Fransa Futbol Federasiyasının (FFF) İcraiyyə Komitəsi yekdilliklə qəbul edib. O bu postda 46 yaşlı məşqçi Silveyn Ripollu əvəzləyib. Anri 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında Fransa milli futbol komandasına başçılıq edəcək.

Anri daha əvvəl Belçika millisində (2016-2018, 2021-2022) köməkçi məşqçi işləyib. O həmçinin “Monako” və Kanadanın “Monreal İmpakt” komandalarına rəhbərlik edib. Anri futbolçu kimi “Monako” ilə Fransa çempionu, “Arsenal”la ikiqat İngiltərə çempionu və “Barselona” ilə ikiqat İspaniya çempionudur.