Anrinin yeni iş yeri bəlli oldu
- 15 Noy 2019 10:30
- 883
Fransa millisinin sabiq hücumçusu Tyerri Anrinin yeni iş yeri müəyyənləşib.
Rekord.az xəbər verir ki, 42 yaşlı mütəxəssis MLS təmsilçisi “Monreal İmpakt”ın baş məşqçisi təyin olunub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kolumbiyalı Vilmer Kabreranı əvəz edən fransız məşqçi ilə 2+1 illik müqavilə imzalanıb.
Futbolçu karyerası dönəmində İngiltərənin “Arsenal” klubundakı çıxışı ilə ulduzlaşan Anri, ölkəsində “Monako”, İtaliyada “Yuventus”, İspaniyada “Barselona”, ABŞ-da isə “Nyu York Red Bulls” klublarının formasını geyinib. Karyerasını başa vurandan sonra Belçika millisində köməkçi məşqçi kimi çalışan fransalı mütəxəssis, ötən mövsüm qısa müddətə “Monako”ya rəhbərlik etmişdi.