“Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli Bakıya gəlib.

Rekord.az xəbər verir ki, 38 yaşlı müdafiəçi bununla bağlı “İnstagram” hesabında paylaşım edib.

O, İçərişəhərdə çəkilmiş şəklini paylaşaraq, “salam, Bakı, nətərsən?” sözlərini yazıb.

2010-2019-cu illər aralığında “Qarabağ”da çıxış edən Aqolli, hazırda ABŞ-ın “Nyu York Kosmos” klubunda forma geyinir.