Ansu Fati tarixə düşdü
- 07 Sen 2020 17:20
- 794
İspaniya millisi UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində Ukrayna yığmasına 4:0 hesabı ilə qalib gəlib.
Rekord.az xəbər verir ki, oyunda 3-cü qolun müəllifi olan Ansu Fati İspaniya millisinin tarixinə düşüb.
Görüşün 32-ci dəqiqəsində fərqlənən futbolçu, millinin tarixində qol vuran ən gənc futbolçu olub. O, 17 yaş 311 günlüyündə fərqlənib.
İki oyundan sonra 4 xal toplayan İspaniya millisi A Liqasının 4-cü qrupunda liderlik edir.