Polşanın “Visla” (Plotsk) klubunda forma geyinən Anton Krivotsyuk Azərbaycan milli komandasına dəvət alıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

23 yaşlı müdafiəçi yığmamızın DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburq, Portuqaliya və İrlandiyaya qarşı keçirəcəyi oyunlar üçün milliyə çağırılıb.

Qeyd edək ki, millimiz sentyabrın 1-də Lüksemburq, 4-də İrlandiya, 7-də isə Portuqaliya ilə qarşılaşacaq.