Ağstafa şəhər 3 saylı körpələr evi-uşaq bağçasında "Sağlam həyat" layihəsi çərçivəsində 6 yaş və daha kiçik yaşlı oğlan və qızlar arasında gimnastika, atletika və əyləncəli idman oyunları keçirilib.

Rekord.az xəbər verir ki, yarışda 12 nəfər oğlan, 6 nəfər qız olmaqla 18 nəfər uşaq iştirak edibdir.

Kiçik yaşlı uşaqların marağına səbəb olan və olduqca əyləncəli keçən yarışın sonunda fəal iştirak edən uşaqlara Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərman təqdim olunub.