photo

APOEL Bakıya 20 futbolçu ilə gəlir

  • 2019-10-22 23:42
  • 56

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”ın qonağı olacaq Kiprin APOEL klubu sabah Bakıya gələcək.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, səhər 11:00-da çarter reysi ilə yola düşəcək Nikosiya təmsilçisinin Azərbaycan paytaxtına saat 13:20-də çatması gözlənilir. 

APOEL Bakıya 20 futbolçu ilə gələcək:

12. Dmitrios Priniotaki (q), 27. Vid Beltes (q), 35. Boy Vaterman (q), 6. Savvas Gentsoqlu, 7. Georgios Efrem, 8. Lukas Souza, 9. Linus Hallenius, 11. Musa Əl-Taamari, 14. Uroş Matiç, 17. Antonio Yakoliş, 20. Andriya Pavloviç, 23. Joazinyo, 29. Praxitelis Vouros, 30. Giorgos Merkis, 44. Nikolos Yannu, 46. Efstatios Aloneftis, 89. Roman Bezyak, 90. Vuyadin Saviç, 91. Draqan Mihayloviç, 95. Alef dos Santos.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçına saat 20:55-də start veriləcək.

Son xəbərlər