APOEL-də intizamsızlıq
- 28 Okt 2019 16:45
- 960
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Kiprin APOEL klubunda daha bir futbolçu intizamsızlığa görə cəzalanıb.
Rekord.az "Kerkida”ya istinadən xəbər verir ki, Joazinyo texniki heyətlə problem yaşadığı üçün komandadan kənarlaşıdırılıb.
Baş məşqçi Tomas Dollun qərarı ilə portuqaliyalı müdafiəçi bu gün Kipr çempionatının 7-ci turunda “Nea Salamina” ilə səfər matçına aparılmayıb.
Xatırladaq ki, bundan əvvəl komandanın aparıcı üzvlərindən olan Musa Əl-Tamari də intizamsızlığına görə cəzalandırılmışdı. O, "Qarabağ"la oyunöncəsi start heyətində yer almayacağını biləndən sonra baş məşqçiyə sərt etiraz edib və komandanın səhər toplanışına qatılmayıb. Bu səbəbdən Tomas Doll iordaniyalı hücumçunu heyətdən kənarlaşdırıb. Artıq Əl-Tamari komanda ilə birlikdədir.
Qeyd edək ki, APOEL Avropa Liqasının qrup mərhələsində növbəti oyununu noyabrın 7-də Nikosiyada "Qarabağ"a qarşı keçirəcək.