APOEL-in baş məşqçisi: "Qarabağ"la oyunu düşünməyin
- 19 Okt 2019 15:43
- 778
Avropa Liqasının qrup mərhələsində oktyabrın 24-ü Bakıda "Qarabağ"ın qonağı olacaq APOEL bu gün yerli çempionatda növbəti oyununu keçirəcək. Nikosiya təmsilçisi V tur çərçivəsində səfərdə "Doksa" ilə qarşılaşacaq.
Rekord.az Kipr mətbuatına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Tomas Doll oyunöncəsi son məşqdə futbolçularına bəzi tapşırıqlar verib.
Çempionat görüşünün önəmini oyunçularına izah edən alman mütəxəssis Azərbaycan çempionu ilə matçı düşünməmələrini istəyib. Cari mövsümdə qarşılarına çempionluq hədəfi qoyulduğunu xatırladan məşqçi istənilən xal itkisinin sonda onlara baha başa gələcəyini deyib.
Doll bugünkü qarşılaşmada əsas heyətin üç üzvü - Georgios Efrem, Tomas de Vinsenti və Roman Bezyaka istirtahət verəcək. Əvəzində isə Praksitelis Vuros, Omar Hani və Andreas Makris ilk dəfə nikosiyalıların heyətində meydana çıxmaq şansı qazanacaq.
Qeyd edək ki, bu mövsüm cəmi 2 oyun keçirən APOEL 6 xalla 8-ci pillədədir.