 
        APOEL-n zədəliləri sıraya döndü
- 22 Okt 2019 19:00
- 1020
Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"ın qonağı olacaq APOEL-in üç futbolçu zədəsini sağaldıb.
Rekord.az-ın Kipr mətbuatına istinadən yaydığı xəbərə görə, Vid Beleç, Georgios Efrem və Savvas Gentsoğlu məşqlərə qayıdıblar.
Onların Ağdam klubu ilə görüşə hazır olduqları bildirilib.
Qeyd edək ki, "Qarabağ" - APOEL matçı oktyabrın 24-ü saat 20:55-də başlayacaq.
 
                 
                         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
        