Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirəcəyi səfər oyununa hakim təyinatları açıqlanıb.

Rekord.az xəbər verir ki, görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək. 

Oyunun baş hakimi Manuel Şüttenqruber olacaq. Ona Roland Brandner və Robert Ştaynaxer kömək edəcək. Dördüncü hakim funksiyasını isə Kristofer Joger yerinə yetirəcək.

Noyabrın 7-də keçiriləcək APOEL – “Qarabağ” oyununa saat 21:55-də start veriləcək.