APOEL Tomas Dollu istefaya göndərdi
- 10 Dek 2019 14:20
- 793
Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan APOEL-də gözlənilməz ayrılıq baş verib.
Rekord.az xəbər verir ki, Nikosiya təmsilçisi baş məşqçisi Tomas Dollu istefaya göndərib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər. Baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Lukas Hatziloukasaya həvalə olunub.
Kipr mətbuatı komandanın ölkə çempionatının sonuncu turunda "Olimpiakos"a 0:2 hesablı uduzmasından sonra bu qərarın verildiyini yazıb.
Qeyd edək ki, APOEL Tomas Dollun rəhbərliyi altında Avropa Liqasında sona bir tur qalmış 1/16 final mərhələsinə vəsiqəni rəsmiləşdirib. Komanda Avroliqada "Qarabağ"la Bakıdakı oyunda heç-heçə (2:2) edib, evdə qalib (2:1) gəlib. APOEL Kipr çempionatında isə 18 xalla 4-cüdü.
Xatırladaq ki, Doll bu ilin avqustundan Nikosiya təmsilçisini çalışdırırdı.