“Neftçi”dən ayrılacağı gözlənilən Aqil Məmmədov doğma Naxçıvanın “Araz Naxçıvan” komandasına keçməyin əleyhinə deyil.

Rekord.az xəbər verir ki, təcrübəli qapıçı həmyerlilərinə də ös istəyini çatdırıb.

Sadəcə, hər şey maddi durumdan, Naxçıvan təmsilçisinin büdcəsindən asılı olacaq. Təklif olunan maaş 33 yaşlı qapıçını qane etsə, tərəflər arasında müqavilə bağlanacaq.