"Ararat"ın sahibi kluba məxsus torpaq sahəsini satıb
- 07 Apr 2020 14:48
- 708
Erməni əsilli rusiyalı milyarder Aram Qabrelyanov növbəti dəfə “Ararat” futbol klubunun sahibi Vardan Sirmakeşi tənqid edib.
Rekord.az xəbər verir, media maqnatı isveçrəli iş adamını kluba məxsus torpaq sahəsini satmaqda günahlandırıb.
O bildirib ki, sovet dövründən bəri Yerevanın elit rayonunda “Ararat”a məxsus olmuş 40 hektar ərazi artıq klubun balansında deyil.