![photo](https://www.rekord.az/storage/uploads/5/araz-abdullayev-15.png)
Araz Abdullayev 70 dəqiqə oynadı, “Boluspor”...
- 14 Mar 2021 15:00
- 590
Futbol üzrə Türkiyə 1-ci liqasında 26-cı turun oyunları keçirilib.
Rekordaz xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Akhisarspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib.
26 oyundan sonra hesabında 29 xalı olan “Boluspor” 18 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.