Bu yaxınlarda “Boluspor”a transfer olunan Araz Abdullayev hələ də Türkiyə klubunda möhkəmlənə bilmir.

Rekord.az-a daxil olan məlumata görə, onun qonşu ölkəyə gedişində vasitəçi olan AFFA qışa qədər gözləməyi düşünür.

Əgər Abdullayev yanvara kimi Bolu təmsilçisində möhkəmlənə bilməsə, böyük ehtimalla oradan ayrılacaq. Çünki hazırkı durum federasiyanı və millinin baş məşqçisi Di Byazini qane edə bilməz. Bu gedişlə Arazın gələcəkdə milliyə dəvət alması da şübhə altına düşə bilər. Onun “Boluspor”a gedişini təmin etmək də ona hesablanmışdı ki, oynayıb oyun təcrübəsi qazansın, formasını yaxşılaşdırsın. Lakin həmyerlimiz heç cürə əsas heyətdə möhkəmlənə bilmir.