Bir müddət klubsuz qalan Araz Abdullayev yekunda Türkiyə Bank Asiya I Liqa komandalarından olan “Boluspor”a transfer olundu.

Rekord.az xəbər verir ki, keçidin təşəbbüskarı AFFA olub.

Milli üzvünə klub axtarışında olan federasiya nəhayət, uyğun variant tapıb. Əldə etdiyimiz məlumata görə, bu işdə yaxınlarda karyerasını başa vuran İlqar Qurbanov da vasitəçilik edib. Məlum olduğu ki, Araz “Sumqayıt”ın prezidenti Riad Rəfiyevin futbolçusudur. Yəni onun menecerlik şirkətininə məxsusdur. İlqarın da son klubu “Sumqayıt” olub. “Boluspor” variantı ortaya çıxınca Rəfiyev Qurbanovu da bu işə qoşub. Çünki İlqar uzun illər Türkiyədə də futbol oynayıb, üstəlik, “Boluspor”da da forma geyinib və bu klubun rəhbərliyi ilə yaxşı münasibəti var. İlqar da əlaqələrindən istifadə edib keçidin baş tutmasında yardımçı olub.