I Liqa təmsilçisi "Qaradağ Lökbatan"da forma geyinən Araz Abdullayev yenidən Türkiyəyə yollana bilər.

Rekord.az xəbər verir ki, futbolçu qonşu ölkənin I Liqa təmsilçilərindən biri ilə anlaşa bilər.

Abdullayev onsuz da "Qaradağ Lökbatan"a Sadıq Sadıqovun istəyi ilə gəlib və danışıqları da belə olub ki, yaya kimi forma yığıb daha güclü kluba keçsin. Bu mənada meneceri Türkiyən in bir neçə klubu ilə danışıqlara başlayıb.